Əfqanıstan, Azərbaycan və Türkmənistan Xarici İşlər Nazirləri arasında video konfrans formatında görüş keçirilib

13 İyul, 2020

Əfqanıstan, Azərbaycan  və Türkmənistan Xarici İşlər Nazirləri arasında video konfrans formatında görüş keçirilib

Hökumət başçılarının görüşlərində müzakirə edildiyi kimi, tərəflər enerji, nəqliyyat, ticarət və investisiya sahələrində üçtərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial tətbiqetmə mexanizmləri barədə müzakirə aparıblar. Tərəflər əməkdaşlığın genişləndirilməsi üçün siyasət və icra mexanizmləri barədə razılığa gəldilər və planlaşdırılan təklifləri həyata keçirmək üçün nəqliyyat da daxil olmaqla üçtərəfli işçi qrupu yaratmaq barədə razılığa gəliblər. İşçi qrupun 27 İyul 2020 tarixində bir araya gəlməsi  qərara alınıb.

Tərəflər üç ölkə arasında ticarət və nəqliyyat əlaqələrini genişləndirmək üçün Lapis Lazuli nəqliyyat dəhlizi sazişindən istifadə etməyə razılıq verdilər; Bu əsnada fiber optik dəhlizi inkişaf etdirmək; dəmir yollarını genişləndirmək; qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək; gömrük proseslərini uyğunlaşdırmaq; vergi tariflərini sadələşdirmək və sektorlarda işçi qrupları yaratmaq barədə fikir mübadiləsi aparılıb.

Bütün tərəflər məsələ ilə bağlı mütəmadi olaraq nazirlər səviyyəsində görüşlərin keçirilməsinə razılıq verilib.