Səfir Spelanay Azərbaycanda yaşayan Əfqan vətəndaşlarla görüşüb.

03 İyun, 2020

Səfir Spelanay Azərbaycanda yaşayan Əfqan vətəndaşlarla görüşüb.

Səfirliyin birinci katibi Əziz Rəhman Faiqin müşayiət etdiyi görüşdə Ramazan bayramı münasibətilə təbriklər çatdırılıb. Azərbaycanda yaşayan əfqanlarla bağlı vacib məsələlər müzakirə edilib.

Səfir bildirib ki, Əfqanıstan İslam Respublikasının Səfirliyi bu ölkədə yaşayan bütün əfqanların ortaq evidir və əlavə edib ki, əfqanların Səfirliklə əməkdaşlığı vacib və dəyərlidir.

Görüşün sonunda iştirakçılar Səfirliyin konsulluq işlərinin asanlaşdırılması və problemlərinin həlli istiqamətində gördüyü işlərə görə təşəkkürlərini bildiriblər, Səfirə və bütün əməkdaşlara uğurlar arzulayıblar.