Əfqanıstan İslam Respublikasının Bakıdakı səfiri Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

06 Yanvar, 2021

Əfqanıstan İslam Respublikasının Bakıdakı səfiri Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

6 yanvar 2021

Əfqanıstan İslam Respublikasının səfiri Dr. Amanullah Jayhoon Türkmənistan səfiri cənab Mekan İşanguliyev ilə görüşüb. Görüş zamanı tərəflər Lapis Lazuli layihəsinin həyata keçirilməsi, Ticarət və İnvestisiya, Enerji, Nəqliyyat və Logistika, İnformasiya və Kommunikasiya Texnologiyaları həmçinin gömrük və sərhəd sahələrində Yol Xəritəsi üzrə Əfqanıstan, Azərbaycan və Türkmənistan arasında 13 yanvar tarixində keçiriləcək üçtərəfli görüşlə əlaqədar məsələləri müzakirə ediblər.Diplomatlar həmçinin Türkmənistanın Xarici Işlər naziri cənab Rəşid Meredovun Kabula gözlənilən səfəri barəsində danışıblar. Bu səfər zamanı aşağıdakı layihələrin açılışı planlaşdırılır.

- Akinadan Andxuiyə dəmir yolu xətti;

- Kerki - Andkhoi - Puli xumri Elektrik Enerjisi Layihəsi; və

- Türkmənistandan Əfqanıstana internet bağlantısını genişləndirən Fiber Optik Kabel xəttinin açılışı.

Bundan əlavə, Əfqanıstana səfəri zamanı cənab Meredov, Əfqanıstan hakimiyyəti ilə Siyasi Məsləhətləşmələrə dair, Təhlükəsizliyə dair, Kənd Təsərrüfatına dair və Neft və Qaz sahələri ilə bağlı  Anlaşma Memorandumları  imzalayacaq.