Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfiri Azərbaycan – Əfqanıstan Milli Məclisinin parlamentlərarası qrupunun rəhbəri ilə telefon danışığı

17 İyul, 2020

Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfiri Azərbaycan – Əfqanıstan Milli Məclisinin parlamentlərarası qrupunun rəhbəri ilə telefon danışığı

Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini və iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

Musa Qasımlı Azərbaycan Respublikası ilə Ermənistan sərhəddində baş verən son hadisələr barədə məlumat verib. Əfqanıstan və Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan Doktor Xeyrullah Spelanay Əfqanıstanın Azərbaycanla Ermənistan arasındakı sərhəddə baş verən hadisələri yaxından izlədiyini silahlı qüvvələrin şəhid olmuş üzvlərinin və mülki şəxsin həlak olması ilə əlaqədar onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Səfir Əfqanıstan hökuməti və xalqının Azərbaycan ilə Ermənistan arasındakı sərhəddəki vəziyyətdən tam məlumatlı olduğunu və səfirliyin bu barədə diplomatik kanallar vasitəsilə məlumat verdiyini söyləyib. Bildirib ki, Azərbaycan ordusu və xalqı hər hansı bir təxribatın qarşısını almaq üçün cəsarət, iradə və qətiyyətə malikdir. Səfir Əfqanıstanın həmişə bu cür mübahisələrin beynəlxalq hüquqa uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Doktor Xeyrullah Spelanay, koronavirusla mübarizədə (COVID-19) Əfqanıstana humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkür edib. Tərəflər Əfqanıstan İslam Respublikası və Azərbaycan Respublikası xalqlarının qardaş olduqlarını vurğulayıb, həm çətin həm də xoş günlərdə bir-birlərinin yanlarında olduqlarını deyiblər.

Musa Qasımlı Əfqanıstan Səfirinə başsağlığına və Əfqanıstan İslam Respublikasının rəhbərliyinə baş verən son hadisələr barədə məlumat verdiyinə görə təşəkkür edib.