Əfqanıstan İslam Respublikasından olan nümayəndə heyəti Bakıya səfər edib.

22 Dekabr, 2020

Əfqanıstan İslam Respublikasından olan nümayəndə heyəti Bakıya səfər edib.

Əfqanıstan İslam Respublikasının Prezidentinin Milli Təhlükəsizlik Müşaviri Dr. Hamdullah Moheb, Prezident administrasiyasının rəhbəri cənab Məhəmməd Şakir Kargar,  Mill Təhlükəsizlik İdarəsinin Baş Direktoru Ahmad Ziya Sarac həmçinin Əfqanıstan İ.R.-nın Müdafiə və Daxili İşlər Nazirlərinin Müavinləri və digər rəsmi şəxslər 20-22 dekabr tarixlərində Bakıda səfərdə olublar. Səfər zamanı  nümayəndə heyəti Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub. Nümayəndə heyəti  həmçinin Təhlükəsizlik Şurasının katibi cənab Ramil Usubov,  Xarici İşlər Naziri Ceyhun Bayramov, Müdafiə Sənayesi Nazirinin Birinci müavini cənab Mehman Baxışov və digər rəsmilərlə görüşüblər.  Səfər zamanı siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.