Əfqanıstan İslam Respublikasının səfirinin Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşü

09 Aprel, 2021

Əfqanıstan İslam Respublikasının səfirinin Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşü

Əfqanıstan İslam Respublikasının səfirinin Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşü
9 aprel 2021
Əfqanıstan İslam Respublikasının səfiri Dr. Amanullah Jayhoon, 9 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimovla görüşüb.
Görüşdə hər iki tərəf mədəni əlaqələrin inkişafı, əməkdaşlıq və muzey sektorunda təcrübə mübadiləsi, tarixi və mədəniyyət abidələrinin bərpası və yenidən qurulması, əfqan əl işlərindən ibarət sərgilərin keçirilməsi məsələlərini müzakirə edib və əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.