Bakıda VII Qlobal Forum işə başlayıb

14 Mart, 2019

Bakıda VII Qlobal Forum işə başlayıb

Qeyd etdi ki, bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir, təhlükəsizlik, ətraf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir.

Prezident Məhəmməd Əşrəf Qani dedi:

-Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə mənim qarşımda duran vəzifələrdən biri məhz budur. Biz Əl-Qaidənin və sovetlərin Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin qarşısının alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yanaşma yolu ilə qarşımızda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əlamətdar haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq.

Mən bu kürsüdən möhtərəm cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm.