Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstanın yeni təyin olunmuş Səfirinin etimadnaməsini qəbul edib

18 Dekabr, 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstanın yeni təyin olunmuş Səfirinin etimadnaməsini qəbul edib

Əfqanıstan İslam Respublikasının Səfiri doktor Amanullah Ceyhun, etimadnaməsini 17 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təqdim etdi. Azərbaycan Prezidenti iki dost və qardaş ölkə arasında movcud olan münasibətlərin və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsini və möhkəmlənməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev deyib ki,  "Əfqanıstanın Dağlıq Qarabağ müharibəsin dövründə gösətrdiyi çevik dəstəyi bizim üçün çox vacibdir". Mövcud siyasi münasibətlərdən məmnunluğunu dilə gətirən Azərbaycan Prezidenti ticarət əlaqələrinin genişlənməsini və inkişaf etdirilməsini istədiyini vurğulayıb.

Əfqanıstan İslam Respublikası Prezidentinin Səfiri Dr. Amanullah Ceyhun da Prezidentlə söhbətində deyib ki, Kabulda iki ölkə arasındakı münasibətləri daha da gücləndirmək üçün xeyli addım atılır.

Diplomat Azərbaycan Əfqanıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün Azərbaycanın Kabuldə Səfirliyinin yaradılmasını arzuladıqlarının söyləyib. Prezident İlham Əliyev Əfqanıstanda səfirliyinin yaradılmasını zəruri hesab edərək, gələn il səfirliyin açılması ilə əlaqədar müvafiq orqanlara lazımi təlimatları verdi.

Görüşdə mövcud potensial və imkanlardan istifadə edərək ikitərəfli siyasi, iqtisadi, mədəni əməkdaşlıq, ticarət əlaqələri və iqtisadi layihələrin genişləndirilməsi müzakirə edildi.