Əfqanıstanın yeni təyin olunmuş Səfiri Azərbaycan Respublikasının Prezidentinə etimadnaməsini təqdim etdi

19 Dekabr, 2014

Cənab Mohammad Taqi Xalili öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib və Əfqanıstanın Azərbaycana yeni səfiri və xüsusi nümayəndəsi vəzifələrini icra etməyə rəsmi olaraq başlayıb.

Mohammad Taqi Xalili Prezident Əşrəf Qaninin salamlarını və səmimi arzularını Prezident İlham Əliyevə çatdırdı və Azərbaycanın Əfqanıstana göstərdiyi humanitar dəstəyi yüksək dərəcədə qiymətləndirdiyini vurğuladı. Səfir Xalili Azərbaycanı Əfqanıstanın dürüst dost və etibarlı tərəfdaşı kimi gördüyünü qeyd etdi.

Prezident Əşrəf Qaninin Prezident İlham Əliyevlə son yüksək səviyyəli görüşünün əhəmiyyətini bildirərək, Səfir Xalili bu təmasların Kabuldakı yeni hökumətinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi istiqamətində aparılan səylərin göstəricisi kimi və Əfqanıstanın müxtəlif inkişaf sahələrində, xüsusilə enerji sektorunda, Azərbaycanın inkişaf təcrübəsinə əsaslanmağına önəm verildiyini qeyd etdi. Bununla bağlı, Səfir Xalili Azərbaycandan iqtisadi, təhsil və mədəniyyət sahələrində dəstək və töhfələrin davam edilməsini xahiş etdi.  Bundan əlavə, Səfir Xalili Azərbaycandakı diplomatik fəaliyyəti zamanı iki ölkə arasında yüksək səviyyəli ikitərəfli münasibətlərin gücləndirilməsi məqsədilə səylərin əsirgəməyəcəyini bildirmişdir.

Prezident Əliyev yeni Səfiri salamladı və Prezident Qaninin Bakıya səfərini məmnunluqla xatırladı. Cənab Əliyev Prezident Qanini uzaqgörən lider kimi təsvir edərək, iqtisadi inkişafa dair çoxşahəli fəaliyyətini yüksək dəyərləndirib və bu xüsusiyyətlərinin Əfqanıstanın digər ölkələrlə iqtisadi əlaqələrinin genişləndirilməsində və həmçinin Əfqanıstanın inkişafı üçün beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin cəlb edilməsində əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Görüşün sonunda Prezident Əliyev iki ölkə arasında əlaqələrin gücləndirilməsi və  Əfqan xalqına daha böyük yardımın göstərilməsini  əmin etdirdi. Prezident Əliyev Səfir Xaliliyə diplomatik fəaliyyətində uğurlar arzuladı.