Əfqanıstan İslam Respublikasının səfirinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Yardım Agentliyinin rəhbəri ilə görüşü

08 Fevral, 2021

Əfqanıstan İslam Respublikasının səfirinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Yardım Agentliyinin rəhbəri ilə görüşü

8 fevral 2021

Əfqanıstan İslam Respublikasının səfiri Dr. Amanullah Ceyhun Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) Baş direktoru cənab Seymur Fətəliyevlə görüşüb. Görüş zamanı Əfqan diplomat bu günə qədər Azərbaycan Respublikası Hökuməti adından Əfqanıstana göstərilən köməyə görə təşəkkür edib. Görüşdə Əfqan diplomatlar üçün təlimlər, seminarlar və s. proqramları təşkili həmçinin Əfqan həkimlərinin Azərbaycanda qısamüddətli təlim proqramına qoşulması müzakirə edilib. AIDA rəhbəri Əfqanıstana hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.