Azərbaycan Əfqan tələbələrə təqaüd verəcək

31 Dekabr, 2020

Azərbaycan Əfqan tələbələrə təqaüd verəcək

Əfqanıstan İslam Respublikasının səfiri Dr. Amanullah Ceyhun, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Təhsil Naziri, Azərbaycan Hökumətinin 2021-ci il sentyabr ayından etibarən  məzun, magistr və doktorantlar üçün müxtəlif sahələr üzrə əfqan tələbələrə təqaüdlər və eləcə də Əfqan müəllimləri üçün Azərbaycan təhsil müəssisələrində qısamüddətli təhsil proqramları  təqdim edəcəyini deyib.

Əfqanıstan Səfiri Əfqan tələbələrə təqaüd verilməsi ilə bağlı Azərbaycan hökümətinin qərarını məmnuniyyətlə qarşılayıb. Səfir deyib ki, bu təqaüdlər gənc əfqanların təhsillərini davam etdirmələrinə kömək edəcək.

Görüşdə hər iki tərəf Əfqanıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdi.