8may, 2021-ci iltarixində Kabul şəhərində baş vermiş terror aktı ilə əlaqədar Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səfirliyinin başsağlığı

09 May, 2021

8may, 2021-ci iltarixində Kabul şəhərində baş vermiş terror aktı ilə əlaqədar Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səfirliyinin  başsağlığı mesajı

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Kabul şəhərində yerləşən Seyyid əş-Şuhada Liseyində azyaşlı və yeniyetmə şagirdlərə qarşı həyata keçirilmiş terror aktını kəskin şəkildə pisləyir.

Müqəddəs günlərini yaşadığımız Ramazan ayında terrorçuların günahsız insanları, xüsusən uşaqları qətlə yetirməsi Əfqan ailələrini yasa boğub.

İnsanlıq, bəşəriyyət əleyhinə olan bu cinayət  Əfqan xalqı və dünya xalqlarıı tərəfindən heç vaxt bağışlanmayacaq.

Əfqanıstanın Azərbaycandakı səfirliyi bu faciəli hücumda əzizlərini itirmiş ailələrə dərin hüznlə başsağlığı verir. Yaralılara tezliklə sağalmağı diləyir.