Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

16 İyul, 2019

Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

Görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.