Əfqanıstan və Azərbaycan xarici işlər nazirləri arasında videobağlantı.

01 İyun, 2020

Əfqanıstan və Azərbaycan xarici işlər nazirləri arasında videobağlantı.

Görüşdə ikitərəfli və üçtərəfli əlaqələrin inkişafı (Əfqanıstan-Türkmənistan-Azərbaycan), fiberoptika layihəsinin genişləndirilməsi müzakirə edilib.

Görüşdə cənab Atmar, cənab Məmmədyarovdan Əfqanıstandan meyvə, tərəvəz və mərmər ixracının artırılması o cümlədən Azərbaycandan Əfqanıstana neft məhsullarının idxalı ilə  ilə bağlı məsələlərin həllində Azərbaycandan köməklik göstərməyə çağırıb.

Tərəflər eyni zamanda, Əfqanıstan, Türkmənistan və Azərbaycan arasında üçtərəfli əlaqələrin qurulması planına dair fikir mübadiləsi apararaq Lapis-Lazuli nəqliyyat dəhlizi Sazişinin həyata keçirilməsinə və üç ölkə arasında əfqan iş adamları üçün imkanlar yaratmağa  çağırdılar.

Cənab Atmar və Azərbaycanın Xarici İşlər Nazirləri coronavirusa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və bu məsələdə iki ölkənin birgə səyləri barədə müzakirələr apardılar.

Sonda cənab Atmar Azərbaycan Respublikasının Əfqanıstan xalqı və hökuməti ilə davamlı əməkdaşlığına görə minnətdarlığını bildirdi və və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə əminlik ifadə edildi.